2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSEÇMƏ

ƏƏSMN ehtiyacı olan şəxsləri necə aldadıb? – 190 manat qalmaqalı böyüyəcək

Məlum olduğu kimi, nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Bu yardım NK-ın 127 saylı qərarı ilə tənzimlənir.

“24 saat” xəbər verir ki, həmin qərarda kimlərin 190 manatlıq birdəfəlik yardımı ala bilməyəcəyi açıq şəkildə qeyd olunub.

127 saylı qərardan çıxarış:

Saytların yığılması Saytlarin yigilmasi
  1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə;
  2. əmək pensiyaçılarına;
  3. aylıq müavinət alanlara;
  4. aylıq təqaüd alanlara;
  5. özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə;
  6. işsizlikdən sığorta ödənişi alanlara;
  7. peşə hazırlığına görə təqaüd alanlara;
  8. 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə;
  9. əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara;
  10. əri və ya arvadı bu Qaydanın 2.3.1-ci – 2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə.

Yəni, əgər müraciət etmiş vətəndaş və ya onun ailə üzvü əvvəldən ünvünlı sosial yardım alırsa, yaxud əmək pensiyaçısıdırsa və ya müavinət, aylıq təqaüd alırsa, özünəməşğulluq çərçivəsində əmlak alıbsa, işsiz kimi sığorta ödənişi alırsa, kənd təsərrüfatı üçün subsidiya alırsa,özü və ya həyat yoldaşı sahibkardırsa, o zaman bu şəxslərə birdəfəlik yardım verilmir.

Göründüyü kimi, ƏƏSMN-in yardımı qəfil kəsməsindən dərhal sonra müraciət edən əksər şəxslərə yolladığı SMS imtinada yer alan “adınıza maşın var” bəhanəsi NK-in qəbul etdiyi qərarda yoxdur. Başqa sözlə, ƏƏSMN NK-ın qəbul etdiyi qərarı özünün yolladığı və HEÇ BİR HÜQUQİ ƏSASI OLMAYAN mesaj vasitəsiylə inkar edir. Yəni haqqı olan vətəndaşlara 190 manat birdəfəlik yardımı verməmək üçün qanunları heçə sayır.

BUNA DA BAXIN: 190 manat yardım ala bilməyən bu şəxslər məhkəməyə müraciət edə bilər – İZAH

Amma yuxarıda sadaladığımız qanunsuzluqlar da ƏƏSMN-in 190 manat birdfələlik yardımın verilməsi zamanı yol verdiyi son nöqsan deyil.

“24 saat” xəbər verir ki, sözügedən qurum yardımın verilməsinin ilk günlərində məhz NK-ın 127 saylı qərarının tələblərinə riayət edərək ADINA MAŞIN OLAN ŞƏXSLƏRƏ də 190 manat birdəfəlik yardımı ayırıb. Amma nədənsə, daha sonra bu qurum digər şəxslərə eyni məntiqlə yardım ayırmamaq qərarına gəlib.

Görünür Sahil Babayevin hesabı, NK və ölkə başçısının hesabı ilə düz gəlməyib…

BUNA DA BAXIN: Sahil Babayev İlham Əliyevə qarşı

Bu isə vətəndaşlara arasında sosial ədalət prinsipinin pozulmasına yol açıb.

Mövzuya qayıdacağıq.

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

29 şərh

  1. Mən yada yoldaşım hecyerde isdemirik iki körpə uşaq özüm ağır ayaxli kirayə qalırıq bize düşmədi yoldaşım asma xesdesidi.hardasa torpaq var adimda heç xəbərim de yoxdu ondan eve soxmusuz bizi isdemirik gedib torpaq yeyesi deyiləm dövlət bu pulu ayırıb verilməlidi dövlət başçısının bizdən xəbəri olsa sizin gic udurmalarizi ləğv eder bizde bu dövlətdə yaşayırıq insanıq bizim haqqımızı yeməyin xayis edirəm günahdı bu əziz ayda eledikleriniz bayramıniz olsun

    1. men 09 aprel Xetai rayon erza verdik.hela bir xeber sms yok.ne 145 cavab verir ne facebook cavab yazir.3 ay evel isden cixmisam,ne masin var ne torpaq var ne is var..ama odemir.vicdansizliq edirler..biliremki artiq odeyan deyil.gunki artiq odenis olanlara 2 defa banka devet edirler.brunlarindan gelsin bizim haqqimiz.

    2. Salam meni adimda ikdene maşin var mesaci geldi ancag 3maşini olan taniyram texpaspot an 1adnadi ikisde genralni davernisdi evinede ayda min manata kimi pul gelir o aldi. Men ancag hec harda işdemirem fehleyem onun bun yanda işdiyrdim alieded anam atam Men yoldaşım birde bala a korpem var alede birnefer pensya alir anam oda 130manat . Bunan nece dolanim?

  2. Ayin 10 u məndə qeydiyatdan keçmişəm 22 si zəng etdim cavab olmadi getdim ƏƏSM nə dedi qeydiyatda varsan sms gəlmədiyini görüb 28 baş idarəyə zəng vurdum deyirki sən işsiz kimi yox iş axtaran kimi qeydiyatdasan yenə getdim Şəki ƏƏSM nə dedilər daşinmaz əmlakdan arayiş gətir adinda pay torpaq olmadigina görə 11 manat verib arayişi alib apadim 28.04.2020 hələdə yenə cavab yoxdu. Prezdentimizə müraciət etmişəm görək nə cavab gəlir. Sizdə 190 manatin sizə düşdüyünü bilirsizsə yazin prezdentə baxilsin qoymayin şərəfsizlər haqqinizi yesinlər.

  3. 23 ilde yalniz kecen il siyahiyaalinmada 26 ish gunu muqavile ile islemishem ,dekabr ayindan ise ishsiz statusu almisam Sahil babayev ise mesaj gonderib ki,sen hele huquqi muqavile ile isleyirsen ,statistika idaresi bilmirem niye gore ishimize xitam vermeyib.verdi vermedi bu siyahiyaalma cemisi 10 gun cekir,bunu hami bilir

    1. Mene de hece imtina mesajı geldi.:- azteminatlı meyara uyqun olmadıqınız üçün size yardım verilmesinden imtima etdik.çox qeribedir.menim ümumiyyetle teminatım yoxdu.iş,ev,maşın,müavimet yox.betendaş nece yaşasın?çölün düzümde 9 sot toroaqdı 50 yaşımda ne ekim becerimki ilboyu maddi temin olunumbu veziyuetde birdefülik yardımın torpaqa aidiyyatı olmamalı idiAstara meşqulluq merkezi heç mene işsizlik statusu bermeyib bu baxta qeder.işaxtaran statusunda saxlayıb.çox qeribed.

      1. Mene de hece imtina mesajı geldi.:- azteminatlı meyara uyqun olmadıqınız üçün size yardım verilmesinden imtima etdik.çox qeribedir.menim ümumiyyetle maddi durumum sıfra beraberdi.iş ,ev,maşın,müavinet heçne yox.çölün düzünde 915 sot pay torpaqla nece yaşayım

  4. Salam men aprelin 9da qeydiyyatdan kecdim, aprelin 16sindan mesgulluqda issiz kimi status verilib, adimda Voen passivdir, mene aprelin 29u mesaj gelibki sizin ferdi ucot sisteminde adiniza gelir askar edilib, eger o geliri bilirse bu agillilar mene desin gedim goturumde, neyse bunla bagli getdim sosiala meni yola verdiler guya bunlarliq deyil hansiki smsi bunlar gonderibde, mesgulluga getdim dediler issizsen bizlik deyil get emek mufettisliyine orada getdim dediler sen martin 3den iwden cixmisan adinda aktiv arayish yoxdur get vergiye orada getdim dediler Voen passivdi sende ona gore problem ola bilmez tezeden geldim sosial camaati yola verirler bir sebebde yox baxmirlar, kime sikayet eliyek qaynar xette dusmekde olmur
    Cenab prezidentin ayirdigi yardimi hansisa savadsiz kadrlara gore ala bilmirik, nece eliyek neyniyek axi Sumqayitda yasayiram hara gedim hara sikayetimi bildirim baxsinlar bilmirem

  5. Işlerimiz dayandiqina gore yeni gune muzdla işleyenlerik bizede karantinle elaqeder deyirler gelmeyin.Adimizda ne torpaq var ne mulkiyyet amma bizede niyese 190 m verilmedi .Yeqin bizim ad ve familyamiz bu olkenin vetendaşlari siyahisinda yoxdur.

  6. İstifademde nəqliyyat vasitəsi olduğunu bildirib mene yardım vermirlər.
    Adımda isə yalnız çoxdan olan sürmək ucun 1(bir) etibarnamə var.
    Bunun yardıma heç bir delaleti yoxdur.
    Xahiş edirəm mənim müraciətimə yenidən baxasınız.
    İsmayılov Nizami İsmayıl. Subay
    AZE 17582079
    Fin1H30SX7
    055 8701019

  7. Lənkəran r-nu , ( Nərimanabad 2 ) Balıqçılar qəsəbəsində yașayan , Əzizova . X. I . : heç bir yerdə ișləmirəm , adıma heç bir əmlak yoxdur , pensiya almıram , heç bir gəlir yerim yoxdur !!! Yardım üçün müraciət etdim , mənə dedilər , sənə yardım düșmür . Səbəbini sorușdum , Məlik müəllim dedi ki – sənin oğlun bu yaxınlarda sərhəd keçib ! Əyər bilən varsa mənə desin , oğlumun sərhəd keçdiyi üçün mənə niyə yardım düșmür ?????

  8. Menim adima torpaqda yoxdur yoldşim feldir işlmir indi qartiye göre bir köhne nol alti var 2 uşqmiz var .Ayin 10 dan gönderdim bize dünen geliv ki yoldşin adina maşin var düşmür bes menimle eyni günde gönderenin adina 2 maşin var elsde vardi adina vita var başqa başin var onlara düşdü bize gelde deyir . Maşinin var .eıe sevnirdim ki bizi düşejek . Oxlum xesdedirvonun dermanlarini aljam telfonu elimden düşürmdüm ki sms geljek oda bele geldi niye bele insafsizdiq edler. Niye biz kasiblara oldu yene olan . İmkanlar adlarna xarci maşinlari olan aldi . 142 yixram mene dryir teze qerdi ada maşin olana düşmür niye sms baqlndan sonra bu qerar oldu sifden olardi de neyse ne oldusa bizdere oldu yene oxlumun dermanlarda almdiq . Bide bu sms gpndrlsin insafsizdiq edmsnler bu imkanlar aldi durdu qirqa . Buzderde baxsinlar xayiş edrem

  9. [29.04, 14:23] Ислам: Salam xanim bu gun Talibovun danisigi hecde duzgun olmadi her bir terefden ozunu temize cixartdi .Menim yoldasim 25 il polisde isleyib 10 ildir rehmete gedib oglumun 3 usagi var menede baxir oda catdirmir men yollardan demir bos butulka yigib satiram 61 yasim var bu idi bizim boyuk vezifede oturan sexslerin hormeti Azerbaycan gadinina ve anasina menim vesigemde evli gedir deye 190 man ala bilmedim Talibov sozunde bele bizi mesuliyetsiz cixartdi goresen butulka satib sexsiyet duzeltmeli idim yoxsa bir tike corek almali idim 142 gaynar xetde zeng vurdum ordan dediler asan xidmetde deyiserdiz asan xidmet Quba rayonunda men Xacmazda karantin oldugna gore yollarda bagli idi bizim cenab prezidentmizin eminem ki bunlar cixaran biyabircliligdan hec xeberi yoxdu yaxsi oyun oynadilar kasiblar ile hetta korobkada yardim paylayirdilar Xacmaz rayon seher sovetinde siyahiya aldilar hetta oda gelmedi menimsediler onuda ayib olsun goresen Talibovun anasi butulka satub corek pulu gazansaydi ve Dovlet verdiyi yardimi ala bilmeseydi bele danisiradimi xais edirem komek edin seslendirin bu sikayetimi
    [29.04, 14:31] Ислам: Cox gozel ele saldilar bizi hetta yoldasim Garabag istirakcisi olub onada giymet vermediler 61 yasim var Dovletden hec bir muavinet almiram sizce nece yasamaliyam butulka yiga yiga cox ayib olsun

  10. BELKE BU XUSUSI INSANLARIN ELINDEDIR KIME NE ISTEYIRLER ONU DA GONDERIRLER BU CUR HALLAR VICDANSIZLIQDIR KENTCINI , KASIBI , ALDATMAQ BOYUK GUNAHDIR . 190 MANAT VERILMESINDE BOYUK HAQSIZLIQLAR VAR. O YArdimi her eve rayon ve kend icr numay istiraki ile verilmeliydi onda bilinerdi kime dusur kime yox onlar yaxsi bilirler kim dovletden maas alir veya basqa gelirlri var. Torpaqi var , utel masini var,birazdan bele yazin sizin 2 cut ayaqqabiniz var ona gore yardim dusmur . HAQSIZLIQ ETMEYIN XALQIN GOZU TEREZIDIR.A

  11. Mene de gece imtina mesajı geldi.:- azteminatlı meyara uyqun olmadıqınız üçün size yardım verilmesinden imtina etdik.çox qeribedir.menim ümumiyyetle maddi durumum sıfra beraberdi.iş ,ev,maşın,müavinet heçne yox.çölün düzünde 15 sot pay torpaqla nece yaşayım 28 yaşımda meşqulluqa iş üçün müraciet etmişdim,heç bir iş teklifi olmadı bu güne qeder.indi 50 yaşım var,yeniden işsiz kimi qeydiyyatdn keçdim,işaxtaran statusu verilib.bu gün telefon elaqesi saxladım ,Astara meşqulluq merkesinde telefona cavab verən mesul şexs meni dinlemedi, telefonu qapatdı üzüme.ne derecede doqrudu bilmirem

  12. Salam meni adimda ikdene maşin var mesaci geldi ancag 3maşini olan taniyram texpaspot an 1adnadi ikisde genralni davernisdi evinede ayda min manata kimi pul gelir o aldi. Men ancag hec harda işdemirem fehleyem onun bun yanda işdiyrdim alieded anam atam Men yoldaşım birde bala a korpem var alede birnefer pensya alir anam oda 130manat . Bunan nece dolanim?

  13. salam mən bakida yasayiram qeydiyyatda Naxcivandayam adima hec nəyim yoxdu .Məsgulluq alt sistemdə qeydiyyatdan kecmisəm isaxtaran kimi.mənə də 190 manat vermedilər mayin 9 u qeydiyatdan kecmisdim məndən sonra qeyd olanlar aldi mənədə son gun yalandan sms gondərdilərki aztəminatliliq meyarina uygun deyilsiz.iki gun bundan qabaq zeng geldiki sizə nə sms gəlib

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button